Hacı olmaq bahalaşacaq - RƏSMİ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
11:42
3860
Hacı olmaq bahalaşacaq - RƏSMİ

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb. 

Qafqaz Müsəlmanları İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-a kimi təxirə salınıb.

Verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start verilməsi planlaşdırılırdı. Lakin müəyyən hazırlıqların yekunlaşmamasına görə, işlər dayandırlıb.

Bundan əlavə bildirilib ki, sənədlərin qəbulunun təxirə salınmasına səbəb olan əsas amillərdən biri də, ziyarətin təşkili ilə bağlı qiymətlərin hələ müəyyən edilməməsidir.

Ehtimal olunur ki, bu il qiymətlər əvvəlki illərə nisbətən baha olacaq. Çünki Məkkədə 24 böyük otel sökülüb. Bundan başqa, daşınma ilə də bağlı müəyyən problemlər var. Buna görə də, otel və nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir.

Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur.

Sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Digər ziyarət təşkilatlarına isə heç bir zəmanət verilmir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com