Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
11:25
908
Azərbaycanda bu il inflyasiya həddi 10 faiz olacaq

Manatın ucuzlaşmasından danışanların sırasına daha bir neçə nəfər iqtisadçı qoşulub. 

Dünya bazarlarında neft qiymətlərinin düşməsindən sonra Azərbaycan Mərkəzi Bankı 16 fevralda dollar siyasətini dəyişdirməsi devalvasiyanın yüngül şəkildə ediləcəyini düşüncəsini doğurur. Mərkəzi Bankı aldığı qərarı "müsbət və lazımlı" olaraq qiymətləndirən iqtisadçılar, 1,4 nisbətindəki illik inflyasiya artımının 2015-ci ildə 10%-ə çatacağı gözlənilir. 

Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov azad ölkələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatında da problemlərin olduğunu, lakin makroekonomik məlumatların və valyuta ehtiyatının bu problemlərin öhdəsindən gələ biləcək səviyyədə olduğunu bildirib. Mərkəzi Bankın qərarını "zəruri və qaçılmaz" olaraq qiymətləndirən İmanov, bu qərarın həm ölkə iqtisadiyyatına, həm də xalqa fayda verəcəyini güman edir: "Azərbaycan iqtisadiyyatı ilə bağlı verilən qərarların məqsədi inflyasiyanı müəyyən həddə saxlamaqdır. İnflyasiya nə sıfır olacaq, nə də 100. Mənim düşüncəmə görə, bugünkü Azərbaycan iqtisadiyyatı üçün 10% inflyasiya məqbul bir rəqəm olacaq". 

Nazim İmanov həmçinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətli itki sayılan neft qiymətinin düşməsinə də toxunub: "Neft qiymətlərindəki eniş iqtisadiyyatımızda böyük itkilərə səbəb olacaq. Dövlət büdcəsi neftin 1 barrelinin qiyməti 90 dollardan hesablanıb. İndi isə neftin qiymətinin 55-60 dollar arasında olacağı ehtimal edilir. Bu da büdcəyə ediləcək transfertlərin üçdə biri nisbətində azalma deməkdir", - deyə N.İmanov bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Prof. Əvəz Bayramov isə çaxnaşmaya qapılmağa ehtiyac olmadığını deyir. Ə.Bayramov iqtisadiyyatın dayanıqlı olduğunu qeyd edib. Azərbaycanda maliyyə sisteminin dövlət tərəfindən güclü şəkildə qorunduğunu deyən prorektor, ölkə xaricində yaşanan böhranların yalnız istehlakçı bazarında hiss olunduğunu bildirib. Bayramov devalvasiya gözləndiyini söyləyir. 

"Devalvasiyanın 5-10% nisbətində olacağını düşünürəm. Bu müddət isə birdən deyil, mərhələli şəkildə olacaq. Bundan qorxmağa ehtiyac yoxdur. Neft qiymətlərindəki eniş müəyyən itkilərə səbəb olacaq. Bir çox ölkə bənzər itkilərlə üzləşir. Bundan fəlakət gözləməyə, çaxnaşmaya qapılmağa ehtiyac yoxdur", deyə Ə.Bayramov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
108

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1715

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
273

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1175

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
342
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 15:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru