Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2015
11:20
Bakının yeni avtobuslarında köhnə qaydalar

61 və 65 saylı son model "İsuzu" markalı avtobuslar gətirilsə də, sürücülər istədikləri hoqqanı etmək üçün hər yola əl atırlar. Avtobuslarda sürücülərə nəzarət üçün kamera olsa da, bu da işə yaramır. Sürücülər onları çəkən kameranı söndürür və istədikləri kimi hərəkət edirlər. Qulaqlarında telefon, əllərində siqaret sərnişin daşıyırlar.

Oxucu məktubunda deyilir ki, 65 və 61 saylı avtobusların sürücüləri tez-tez telefonla danışaraq özlərindən qabaqdakı maşınla dava edirlər:

“Elə buna görə də yeni avtobuslar tez sıradan cıxır. İyirmi günə yaxındır, 61 saylı 10 TH 332 sərnişin avtobusu qəza törədib. Belə problemlər nə vaxt yığışdırılacaq? Axı biz də normal insan kimi rahat getmək istəyirik. Ancaq hər gün sürücülərin bir-biri ilə mübahisəsinə qulaq asmalı oluruq”.

Şikayət olunan avtobusların sahibkarı “Xaliq Faiqoğlu” MMC ilə əlaqə saxlamaq mümkün olmadı. Milli.Az-ın bütün telefon zəngləri cavabsız qaldı.

"Bakısərnişinnəqliyyat" Departamentindən bildirildi ki, həmin marşrut avtobuslarının sahibkarlarına nöqsanlarla bağlı xəbərdarlıq ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5673

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4618

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6205

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6220

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8162

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5946
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 10:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru