Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2015
14:53
1159
Novruz bayramı açıqlaması: QEYRƏTİ YERƏ ATMAQ OLMAZ!

Novruz bayramında qapılara papaq atma düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar: “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

Son vaxtlar belə məsələlərin kölgə altında qaldığını deyən alim bildirib ki, dünya xalqları öz arxaik mədəni qatlarını yenidən açır və mədəniyyətlərinin obrazlarını, onun ayrı-ayrı atributlarını canlandırırlar: “Hətta bundan biznes kimi istifadə edən xalqlar da var. Onlar öz atributlarını əşyalar kimi düzəldirlər və bazara çıxararaq böyük mənfəət götürürlər. Amma bizim atributlarımızın hamısı - istər nağıllarımızdakı Cırtdan obrazı, istər Keçəl, istərsə də Göycək Fatma obrazları kölgədə qalıb”.

A.Əhmədli təklif edir ki, Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər: "Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər".

Alim hesab edir ki, əgər iş adamları bu işə xərc çəksələr, bundan yalnız mənfəət götürə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
74

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru