Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2015
10:49
Yol polisindən xəbərdarlıq - RƏSMİ

Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb.

Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir.

V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai nəqliyyatdan istifadə etsinlər.

Qeyd edək ki, bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişib. Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, bu gün fasilələrlə yağıntı müşahidə ediləcək.

“Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nun direktor müavini Gülşad Məmmədova qeyd edib.

Ayın 17-i və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4391

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 08:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru