Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2015
14:38
977
Yəmən xalqının inqilabına qarşı qoşun çəkmək istəyirlər -ANALİZ

Hələ 1962-ci ildə Yəməndə üsyançıların başçısı Abdullah Əs-Səllal, Zeydi şiələri kimi tanınan böyük Əl-Husi qəbiləsinin din rəhbərlərinə qarşı müharibə aparmağa qalxmışdı. Buna görə, o, Misirin sabiq prezidenti Camal Əbdün-Nasirdən kömək istədi.

Camal Əbdün-Nasir həmin gecə müdafiə naziri general Əbdül-Həkim Amiri çağıraraq ona əmr verir ki, Yəmənə 3 piyada qoşunu göndərsin. 70 minlik ordu Yəmənə daxil oldu. 8 il Yəməndə (1962-1970-ci illər arası) husiçilərə qarşı döyüş aparan Misir ordusu artıq 1967-ci ilin iyun ayında ağır məğlubiyyətlə üzləşdiyinin fərqinə vardı. Hansısa bir üsyançının xahişi ilə Yəmənə qoşun yeridən Misir hökuməti 8 ildən sonra 27 mindən artıq əsgərini itirərək geri döndü.

FaktXəbər olaraq, Yəməndə Əl-Husilərin başçılığı ilə diktaturaya qarşı baş vermiş inqilabı xatırladaq. Həmişə olduğu kimi “demokratik” dünya, marağına uyğun olmayan belə bir xalq inqilabını qəbul edə bilməzdi. Qərb ölkələri səfirliklərini bağlayır, əllərində alətə və zopaya çevrilən BMT Təhlükəsizlik Şurası tələsik qətnamə qəbul edərək, diktator Mənsur Əl-Hadinin geri qayıtmasını tələb edir.

Digər tərəfdən Səudiyyə Ərəbistanı daxili problemlərini xaricə çıxarmağa çalışan Misir hökumətindən, bu ölkə ilə Yəmən arasındakı sərhəd bölgəsinə 25 minlik qoşun göndərməsini istəyib.

Bütün bunlar onu göstərir ki, həm Qərb dünyası və həm də onların regionda olan diktator müttəfiqləri öz müxalifləri olan Yəmən xalqını nəyin bahasına olursa olsun boğmağa çalışırlar.

Hazırda Əbdül-Fəttah Əs-Sisi, Camal Əbdün-Nasir kimi tarixi seçim qarşısındadır. Görəsən o da sələfi kimi yalnışlığıa yol verərək Yəmənə qoşun yeritməyə razılıq verəcəkmi?!

Fars Körfəzi ölkələri ildə Sisiyə görə Misirə 14 milyard dollar yardım edir. FaktXəbər-in verdiyi məlumata görə, bu ianələrin qarşılığını isə onlar bu kimi təhlükəli oyunlarda gözləyirlər.

Hər halda 160 mindən artıq könüllü və fədakar qoşunu olan Əl-Husilərlə və onları dəstəkləyən Yəmən xalqının əksəriyyəti ilə üz-üzə gəlmək faciəvi ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
187

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
123

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
151

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru