Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2015
10:17
Yol Polisindən hava ilə bağlı xəbərdarlıq - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsi havaların soyuması ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Xüsusilə qar yağacağı təqdirdə sükan arxasına əyləşənlərə mövsümi təkərlərdən istifadə etmək, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirmək və lazımi avadanlıqlarla avtomobillərini təmin etmək tövsiyyə olunub. Həmçinin sürücülərə ara məsafəsinə diqqət yetirmələri, məcbur qalmadıqda ötmə əməliyyatını etməmələri, dumanlı hava şəraitində yaxını vuran işıqları yandırmaları tövsiyə edilib.

“Əgər qar, sulu qar yağarsa, eyni zamanada da yağışlı hava müşaiyyət olunarsa belə sürücülər buna hazır olmalıdırlar. Öz avtomobillərini mövsümü şinlərlə təchiz etməlidirlər. Yollarda sürücülərimiz son dərəcə diqqətli olmalıdırlar. Əgər yollarda qar və buz olarsa, bu halda sürücülər sürət həddinə xüsusilə diqqət yetirməlidirlər”? - deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirib.

Xəbardarlıq tək sürücülərə deyil, piyadalara da aid edilir. Yolun hərəkət hissəsinə çıxan piyadalar yağmurlu havada sürücünün qarşı tərəfi o qədərdə yaxşı görə bilməməsini nəzərə almalıdırlar. Bunun üçün də piyadalara olduqça ehtayyatlı olmaları tövsiyyə olunur.

“Rayonlararası yollarda piyadalar onlar üçün nəzərdə tutulan səkilər ilə hərəkət etmirlər. Bu zaman piyadalar yolun hərəkət istiqamətinə çıxırlar. Sonda piyadaların özlərinin avtomobilin zərbəsinə tuş gəlirlər. Belə havada həm sürücülər, həm də piyadalar son dərəcədə diqqətli olmaları gərəkir”, – deyə Kamran Əliyev vurğulayıb.

Sabahdan etibarən respublika ərazisində hava şəraiti dəyişəcək. Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, sabahdan fasilələrlə yağıntı müşahidə ediləcək.

“Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nun direktor müavini Gülşad Məmmədova qeyd edib.

Ayın 17-i və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3967

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru