Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2015
10:09
8 aydır davam edən tendensiya nədən “tormozlandı”?
Pərviz Heydərov: "Ucuzlaşmada marağı olan, onun elə bahalaşmasında da əsas səbəbkar olmalı idi"

Məlumdur ki, ötən müddət ərzində ucuzlaşmanın qarşısını almaq məqsədilə istər ayrıca olaraq Səudiyyə Ərəbistanına, istərsə də OPEK-ə nə qədər güclü təzyiqlər göstərildisə də, hasilat azaldılmadı.

OPEK-in keçən ilin noyabrın 27-də keçirilən iclasını xatırlamaq kifayətdir. Həmin iclasda üzv ölkələrdə hasilatı nisbətən azaltmaq qərarına gəlinsəydi qiymətlər indi deyil, iki ay öncə sabitləşəcəkdi.

Ancaq görünür, ucuzlaşmada marağı olan, onun elə bahalaşmasında da əsas səbəbkar olmalı idi. Söhbət, ABŞ-dan gedir. Belə ki, dünyanın bir nömrəli iqtisadi gücünə malik olan bu ölkə “qara qızılın” ucuzlaşmasından nə qədər xeyir götürsə də, mənfi təsirlərindən yaxa qutara bilməzdi. Çünki Birləşmiş Ştatlar nə qədər güclü iqtisadi gücə sahib olsa da hər halda qlobal iqtisadiyyatın bir üzvü sayılır.

Ümumiyyətlə, əvvəl də bəlli idi ki, dünya bazarlarında adi neftin qiyməti şistdən çox da aşağı düşə bilməzdi. Hətta düşsə belə, qısa zaman ərzində qayıdaraq yenə azı eyni səviyyədə olacaq. Buna hətta, Səudiyyə Ərəbistanında bir quyudan ABŞ-da şist nefti çıxarılan əsas yer olan Şimali Dakotadakı quyu ilə müqayisədə 26-27 dəfə çox neft çıxarılması faktı da mane ola bilməzdi.

Çünki ABŞ-da şist neft sənayesi süqutu uğruya bilər. Biz hələ, neft sənayesinin digər sahələrini demirik. Sonuncu məlumata əsasən, neftin qiymətinin axırıncı 6 il ərzində minimuma enməsi nəticəsində müvafiq şirkətlərin xərcləri azaltması səbəbindən qazma qurğuları 70 faiz ixtisara düşüb.

İş ondadır ki, ABŞ iqtisadiyyatının böhrandan çıxdıqdan sonra bərpası prosesi də zəifləyib. Halbuki, Prezident Barak Obama ölkənin mövcud sosial-iqtisadi və siyasi vəziyyətinə dair illik hesabatla Konqresdə etdiyi çıxışda böhranın başa çatdığını və iqtsadiyyatın dirçəldiyi, işsizliyin 5,6 faizədək azaldığını demişdi. Neftin ucuzlaşması isə dolları möhkəmləndirməsinə baxmayaraq, sözügedən ölkənin xeyrinə işləyirdi.

Ancaq son iqtisadi hesabatlar bir sıra gözləntiləri doğrultmayıb. Belə ki, inflyasiya 0,8 faizə enmiş, istehlak xərcləri ilə istehsal sifarişləri azalmış və uzunmüddətli istifadəyə yararlı mallara tələbat isə daralmışdır.

Pərviz Heydərov / iqtisadçı ekspert

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17043

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15702

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17087

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16680

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22085

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16591

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16710
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 12:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru