Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
21:31
Bakıda həbs olunan “polis”lərin görüntüsü - Video

Bakıda özlərini polis kimi təqdim edən şəxslər saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib. İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü Nazim Məmmədov, 1982-ci il təvəllüdlü Zaur Ədilov və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Bayramov tutulublar.

Müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edib, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Zaur Ədilov polis baş leytenantı rütbəsində Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.

Özünü polis kimi təqdim edən şəxslərdən birinin cinayət əməli Mərkəzi Univermağın təhlükəsizlik kameralarına düşüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3975

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 13:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru