Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
11:48
586
Uorlikdən Qarabağ tviti

“Biz prezident İlham Әliyev vә digərləri ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözlәyirik. Bu hamıya fayda verə bilər". 

Regiona səfər ərəfəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində belə yazıb. 

Bu gün Minsk qrupunun həmsədrləri - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıya gəliblər. Onların Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşləri gözlənilir. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

Fevralın 17-də həmsədrlər İrəvana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
10

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru