Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
10:15
Bakının mərkəzində polis qəza törətdi: Ölən var

Gecə Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Qəza Neftçilər prospektində qeydə alınıb. 

Qəzada 28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi kimi istifadə etdiyi “FIAT” markalı avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında arxadan eyni istiqamətlə gələn “BMW” markalı avtomobil qəfildən onun avtomobilinə çırpılıb. 

Zərbənin gücündən birinci nəqliyyat vasitəsi bir neçə defə yerində çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində dünyasını dəyişib.  Qəzada “BMW”nin sürücüsünün isə yüngül xəsarət aldığı deyilir. 

Yol qəzasının baş verdiyi yerə Səbail RPİ-nin istintaqçıları dəvət olunub, hadisə yerində müayinələr aparılıb. Məlumata görə, “BMW”ni Akif adlı sürücü idarə edirmiş. Avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən yaşandığı ehtimal olunur. 

Əraziyə gələn dostları Akifin Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğunu bildirib. Ancaq bu məlumatla bağlı sonradan Səbail RPİ-nin ərazidə olan müstəntiqi hər hansı bir məlumat verməyib. 

Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru