Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2015
11:29
1563
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir

Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçirirlər.

Aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb edirlər. Hələlik aksiya iştirakçılarını heç kim qəbul etməyib. Etirazçılar isə problemləri həll olunmayanadək aksiyalar keçirməkdə israrlı olduqlarını deyirlər.

Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri aksiyalara hazırlıq məqsədilə imza toplayıblar. Sənədə 200 nəfərədək əlil və şəhid ailəsi imza atıb.

Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.

I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıb. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

Konstitusiya Məhkəməsi 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə də çıxarıb. Həmin sənədə əsasən Milli Məclis bununla bağlı müvafiq qərar verməli idi. 2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2347
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru