Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2015
15:46
Avtobus sürücülərinə vaxt verildi

"Əgər Olimpiya Oyunları dövründə sərnişindaşıma ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs, sahibkar verilən tapşırığı yerinə yetirməsə, onların lisenziyası ləğv ediləcək, işlər onların öhdəsindən layiqincə gələn sahibkarlara həvalə olunacaq".

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəhbərliyi tərəfindən fevralın 11-də geniş müşavirə keçirilib. İclasda birmənalı şəkildə qeyd edilib ki, Olimpiya Oyunları zamanı xidmət göstərəcək və sərnişindaşıma ilə məşğul olan nəqliyyat və qeyri-nəqliyyat vasitələri texniki cəhətdən saz, tam təmirili, sürücülər isə xüsusi geyim formasında olmalıdırlar.

Ə.Səfərov qeyd edib ki, bununla bağlı həmin nəqliyyat vasitələrinə baxış keçiriləcək: “Onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün martın 6-dək vaxt vermişik. Sonra nəqliyyat vasitələri İdarədə təşkil olunmuş komissiya tərəfindən bir-bir yoxlanılacaq. Avtomobillərin xarici görünüşü, içi, oturacaqları, işləmə mexanizmi və s. detallarınadək gözdən keçiriləcək. Bəzi ortatutumlu avtomobillər var ki, onların vəziyyəti bizi qane etmir. Onların xəttə buraxılması qəti şəkildə dayandırılacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18880

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18412

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23971

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru