
Bakı metrosunda dilənçilik edən qaraçı uşaqlarının təhlükəli cəhətləri ortaya çıxıb. Onlar insanların arasında yapışqan iyləyirlər.
Bu barədə Day.Az saytına Elina Alimova adlı oxucu məlumat verib.
"Artıq bir neçə dəfədir ki, "Neftçilər" stansiyasında qaraçı uşaqlarını gördüm. Onlar ayaqyalın idilər. Sviterlərinin altında gizlətdikləri nəyisə iyləməyə başladılar. Çox güman ki, bu yapışqan idi. Yapışqan iylədikdən sonra yerdə uzanırlar. Müvafiq orqanların bu məsələyə diqqət yetirmələrini xahiş edirəm", - o əlavə edib.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb.
"Şəxsən mən metroda yapışqan iyləyən uşaqları görməmişəm. Belə bir məlumatım yoxdur. Vətəndaşlardan şikayətlər də daxil olmur. Ola bilsin ki, həmin uşaqları keçidlərdə görüblər. Çünki polislər metroya belələrinin girişinə nəzarət edirlər. Bu məsələ araşdırılmalıdır. Həmin oxucu bizə ətraflı məlumat göndərsin", - metro rəsmisi qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Vəliyev isə deyib ki, polis əməkdaşları qaraçı uşaqlarının metroya girişinin qarşısını almaq üçün tədbirlər görürlər.

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir
23
Aprel
Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb
23
Aprel
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunur