Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2015
16:23
Nə üçün kosmonavtlar kosmosa tapança ilə silahlanmış halda yollanırlar?

Bilirsinizmi ki, kosmonavtlar hər zaman kosmosa silahla yollanırlar?  Özü də döyüş silahı ilə.

FaktXəbər-in verdiyi məlumata görə, əvvəllər kosmonavtlara sadə Makarov tipli tapança verilirdi, sonra isə o, TP-82 üçatılan  ov tapançası ilə əvəzləndi.

Tapança xilasetmə komplektinin bir hissəsidir və eniş kapsulunda yerləşir. O, yerə eniş zamanı hər hansı bir tayqaya düşülərsə, hansı ki, belə hallar olub, kosmonavtların vəhşi heyvanların hücumundan qorunması üçündür.

TP-82 çox güclü silahdır. Gülləsiz və ona bərkidilən qəməsiz 30 santimetrlik gövdənin çəkisi 1,6 kq-dır.

Üst gövdə 32 kalibrli  patron üçün nəzərdə tutulub. Aşağı yivli lüləsi  4,45 mm kalibrli patron  və xüsusi siqnal patronu üçündür.

Qeyd edək ki, kosmonavtların ayı ilə qarşılaşdığı anlar olub. FaktXəbər-in verdiyi məlumata görə 1965-ci ildə  Aleksey Leonov və Pavel Belyayev «Vosxod-2» modulunda Şimali Urala eniş edirlər. Əlverişsiz hava şəraitinə görə xilasetmə bölməsi onlara bir neçə gündən sonra çata bilir.

Ayılar  ocağın işığına gəlirmişlər. Ancaq açılan atəşlərə görə, yaxınlaşa bilməyiblər. Məhz Leonov fərqli silahın lazım olduğunu demişdi.

2006-cı ildə  TP-82-nin istifadəsi dayandırılır. FaktXəbər-in verdiyi məlumata görə, onu əvəzləyən silahın adı məlum deyil: Roskosmos bu barədə susur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6735

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5569

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7101

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7092

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9882

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6807
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 06:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru