
Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.
FaktXəbər-in verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim şimal küləyi gündüz güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 12-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təşkil edəcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO