Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2015
10:51
1341
UEFA “Qarabağ”ın etirazına ətraflı cavab verdi

UEFA “Qarabağ” futbol klubuna etirazının səbəbini açıqladı.

Klubu təmsil edən türk vəkili Qürur Qaye Günalın sözlərinə görə, UEFA-da “oyundankənar” vəziyyətin müəyyənləşdirilməsi arbitrlərin preroqatividir.

“Oynanılmamış 48 saniyəyə gəldikdə isə, Avropa məmurları bu halda da qınayıcı heç bir şey görmədilər.

“Gəlin, “İnter”in qapısına qol anını bərabər izləyək. Hesaba alınmamış qoldan sonra oyun davam etdirilibmi? Xeyr! Videofraqmentlərdə inandırıcı nə ola bilər ki? UEFA-da sanki başqa matça baxıblar. Sabah apellyasiyaya veririk!” - hüquqşünas deyib.

Xatırladaq ki, fevral ayının 5-də UEFA Azərbaycan klubunun Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İtaliyanın “İnter”i ilə matçının nəticələrinə dair etirazını qəbul etməyib. Həmin oyunda ikinci tayma əlavə edilmiş vaxtda arbitrin Çexiya briqadası dəhşətli səhvə yol verərək, “Qarabağ”ın qolunu hesaba almayıb.

Nəticədə matç 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” Avropa Liqasına 1/16 finalına çıxaraq 2-ci yeri tutan Ukraynanın “Dnepr” komandasını xal hesabı ilə keçə bilməyib.

“Qarabağ” etiraz ilə müraciət edib, hakim briqadasının qol epizodunda səhvindən başqa, baş hakimin əlavə edilmiş dörd dəqiqə bitmədən oyunu sona çatdırması səhvi də yer alır.

Amma UEFA “Qarabağ”ın etirazını təmin etməyib. 5 gün ərzində bu qərarı protest etmə hüququna malik olan Azərbaycan çempionu apellyasiyaya şikayətlə müraciət edib.

Bununla yanaşı fevralın 19-da Avropa Liqasının 1/16 finalının ilk matçları keçiriləcək. “Dnepr” Ukraynada Yunanıstanın “Olimpiakos”unu qəbul edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru