Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2015
09:47
Bakı metrosunda ilk kitab satış köşkü - FOTO

Bakı metrosunda ilk kitab evi fəaliyyətə başlayıb. 

“Koroğlu” metrosunun çıxışında yerləşən və ticarət məqsədi ilə tikilən obyekt artıq kitab evi kimi xidmət göstərəcək.

“Koroğlu” metrosunun piramida çıxışında olan bu ticarət obyekti “Bakı Metropoliteni” QSC yaradılmamışdan və Zaur Hüseynov sədr təyin edilməmişdən əvvəl “Bakcell”in müştəri xidmətlərinin ofisi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, metroda ticarət 2014-cü ilin mart ayından - hələ Tağı Əhmədovun vaxtında qadağan edilib. Amma yeni sədrin qərarı ilə metroda ticarət tədricən bərpa edilməkdədir.

“Bakı Metropoliteni” QSC-nin rəsmi açıqlamasında metronun müəyyən stansiyalarında quraşdırılacaq ticarət köşklərinin arxitektur quruluşla vəhdət təşkil edəcəyi bildirilib.

Həmin köşklər apteklər şəbəkəsi, su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar, kitab ticarəti şəbəkəsi və gül salonları şəbəkəsi kimi fəaaliyyət göstərəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
165

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
157

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 17:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru