Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2015
17:33
1396
İşdən çıxarılan Qarabağ əlili prezidentdən borc pul istəyir

«Ailəm agır maddi cətinliklərlə üzləşmişdir. Bu səbəbdəndə Sizdən bir dövlətimizin başcısı kimi 1000 manat borc pul istəyirəm». Bunu Qarabağ əlilləri və veteranları cəmiyyəti" İB-nin Nəsimi rayon şöbəsinin sədri Rəhmanov Əhməd Fazil oğlu prezidentə ünvanladığı məktubunda bildirir.

FaktXəbər-in verdiyi məlumata görə, yazdığı müraciətində Əhməd Rəhmənov 1994 ildən bəri 2-ci qrup Qarabağ muharibəsi əlili olmasına baxmayaraq, təqaüdünün  azlığından işləməyə məcbur olduğunu deyir: «Bu səbəbdəndə mən 1996-cı ildən "Əlillərin Sosial mudafiəsi haqqında qanunun 25-ci maddəsinə əsaslanaraq "Azəriqaz" İB-nin Nəsimi QİS-ində fəhlə işləyirdim. Elə maddi cətinliklər üzündəndə gec ailə qurdum və hal-hazırda 2 azyaşlı övladım var (biri Autizm sindiromludur). Bu günəcən dövlətdən nə ev, nə də maşın almamışam».

O, müraciətdə ötən ilin iyun ayında idarə rəhbərliyinin 12 fəhlədən 6-sını ixtisara saldığını və onların yerinə sonradan yenə 2 nəfər götürdüyünü bildirir: «İxtisara salınanların ikisi Qarabağ müharibəsi əlili oldu. 2 nəfərin biri mən oldum. İxtisara düşəndən bəri dəfələrlə Dövlət məşğulluq xidmətinə müraciət etsəm də, mənə kvotalıq işin olmadığını bildiriblər. Lakin mənim və mənimlə birgə daha bir Qarabağ əlilinin ixtisarı Xətai rayon məhkəməsi tərəfindən qanunsuz sayıldığından və Apellyasiya məhkəməsi bunu təsdiq etdiyinə baxmayaraq, mən hələ də öz işimə qayıda bilmirəm. «Azəriqaz» rəhbərliyi bizi öz işimizə qaytarmaqdan boyun qacırır».

Əhməd Rəhmanov «Azəriqaz»a kassasiya üçün verilən vaxtın qurtardığını, yəni artıq işin məhkəmə icrasına verilməli olduğunu da bildirir.

İkinci qrup Qarabağ əlili bununla əlaqədar ailəsinin ağır maddi cətinliklərlə üzləşdiyini deyir: «Bu səbəbdəndə Sizdən Bir Dövlətimizin başcısı kimi 1000 manat borc pul istəyirəm.(Pensiyam az olduğundan bankdan bunu edə bilmirəm ). Öz növbəmdə isə söz verirəm ki, öz işimə qayıdan kimi və məhkəmənin qərariyla məcburu iş buraxmamın pulunu alanda borcumu qaytaracağam».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
22

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1652
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru