Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2015
15:43
1303
Ermənistanın Müdafiə Nazirliyi: Qarabağda müharibə gedir
Vaqif Dərgahlı: "Ermənilərin o qədər itkiləri var ki, onlar indi müharibə getdiyini anlamağa başlayıblar"

Qarabağda yavaş müharibə gedir. Bu müharibədə məğlubiyyət təkcə insan itkiləri deyil, mövqelərin də itirilməsinə gətirib çıxaracaq.  

Bu barədə jurnalistlərlə söhbətində erməni Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanissyan cəbhədəki vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, yanvarın ortalarından başlayaraq, cəbhədə vəziyyət gərgindir.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı haqqin.az-a bildirib ki, müharibə uzun müddətdir davam edir və o, dünən başlamayıb, Ermənistanın Azərbaycana qarşı təcavüzünün başladığı vaxtdan 20 ildən çoxdur davam edir.

“Ermənilərin o qədər itkiləri var ki, onlar indi müharibə getdiyini anlamağa başlayıblar. Əslində müharibə bitməyib və 20 ildir ki, davam edir. Ermənistan ordusu təkcə bizim mövqelərimizi deyil, həm də dinc əhalini güllə-baran edirlər.

Müharibənin bitirilməsinin yeganə yolu – Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və erməni işğalçı qoşunlarının torpaqlarımızı tərk etməsindədir”, - deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarına görə, yanvar ərzində cəbhədə 20-dək düşmən diversantı məhv edilib. Onlar cəbhə xəttini keçərək, bizim tərəfimizdə təxribat törətməyə cəhd göstərirmişlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
23

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
723

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
41

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru