Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2015
21:51
2998
UEFA `Qarabağ`la bağlı qərarını açıqladı

Xəbər verdiyimiz kimi bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahında Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” – “İnter” oyununda son dəqiqələrdə təmsilçimizin vurduğu qolu matçın baş hakimi Miroslav Zelinka tərəfindən yanlışlıqla qeyd alınamaması ilə bağlı şikayətə baxılmalı idi. Artıq bu barədə toplantı keçirilib və qərar qəbul edilib. 

FaktXəbər-in məlumatına görə, UEFA komissiyası "Qarabağ" klubunun vəkili Qürur Günalın müraciәtini rәdd edib.

Bu isə o deməkdir ki, növbәti mәrhәlәdә mübarizəni "İnter" vә "Dnepr" komandaları davam etdirәcәklәr.

Buna baxmayaraq, komandamızın UEFA-nın qərarından apelyasiya şikayәti vermək şansı var.

Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi  Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə qrup ikincisi kimi Ukrayna “Dnepr”i adlayıb. "İnter" isə birinci yeri tutub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru