Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Fevral

2015
15:59
1333
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı - VİDEO

Tovuz rayonunun Əlibəyli kəndi intensiv atəşə tutulub.

İriçaplı silahlardan atılan mərmilər düşmən postlarından görünən evlərin damına, hasarlarına, pəncərələrinə ziyan vurub. Atılan mərmilərdən biri isə evin damından tavanı deşərək içəridə yatan körpədən az məsafədə yan ötüb.

Düşmənin budəfəki təxribatı zamanı kəndə dəyən ziyan bununla bitmir. Kənd sakini Mayıl Bayramovun şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlara da güllə dəyib. Kənd sakinləri deyirlər ki, bu dəfə də ordumuz düşmənin layiqli cavabını verərək, susdurub.

Kənd sakinləri onu da bildiriblər ki, Ermənistan ordusu ilk dəfədir ki, kəndi günorta saatlarında atəşə tutur. Onlar deyirlər ki, düşmən adətən gecə saatlarında işıq gələn yerlərə atəş açır./TTV

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru