Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2015
14:54
3020
Azərbaycanlılar beynəlxalq Quran müsabiqəsində birinci oldular

Hər il müsəlman ölkələrində təşkil olunan Quran müsabiqələri insanlar arasında İslam dininə və bu dinin müqəddəs kitabı olan Qurana  olan maraqlarını artırır.  Xüsusən, müsəlman ölkələrində bu kimi ilahi tədbirlərin, müsabiqələrin keçirilməsi islami incəsənət və mədəniyyətin inkişafının göstəricisidir. Təbii ki, bu mədəniyyətin də Azərbaycanda inkişaf etdirilməsi üçün mütəmadi olaraq müsabiqələr təşkil olunur. Əsasən, yeniyetmə və gənclərin Qurana olan maraqları sınaqdan keçirilir. Ümumilikdə, bölgələrdə gözəl avazı və ecazkar səsi olan Quran qariləri arasında qaliblər seçilir və cəmiyyətə tanıtdırılır.

Xəbər verdiyimiz kimi, 29-30 yanvar tarixində İranın Məşhəd şəhərində keçirilən Quran müsabiqəsində Azərbaycanı da həmyerlilərimiz təmsil edirdilər. Orta Asiya və Qafqaz üzrə keçirilən Quran müsabiqəsində həmyerlilərimiz birinci, ikinci və beşinci yer üzrə qalib olmaqla Azərbaycanın adını zirvələrə qaldırıblar.

Tacikistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan və Azərbaycan  daxil olmaqla yeddi ölkə arasında keçirilən müsabiqədə Qiraət üzrə birinci yeri 1984-cü il təvəllüdlü Məmmədov Anar Bayram oğlu tutub. Hazırda tələbəlik həyatı yaşayan A.Məmmədov bu müsabiqəni uğurla başa vurub. Məsələ ilə bağlı islamazeri.az-a açıqlama verən qari A.Məmmədov bu qalibiyyətin ilk olmadığını vurğulayıb.

O bildirib ki, hələ bu cür qalibiyyət ölkəmizin adını yüksək zirvələrə qaldırmağımız gələcəkdə də baş tutacaq: “Orta Asiya və Qafqaz ölkələri arasında qalib birincilik əldə etmək mənim üçün çox sevindirici bir haldır. Bu ilahi bir nemətin mənim üzərimdə şamil edilməsi isə mənim üçün hər şeydən gözəldir. Bu yarış Orta Asiya və Qafqaz üzrə üçüncü dəfə idi ki, keçirilirdi. Bu müsabiqələrdə iki dəfə 2-ci yer tutumuşam. Amma heç vaxt əhval-ruhiyyədən düşməmişəm, öz üzərimdə davamlı olaraq çalışmışam. Nəhayət, bu il Allahın lütfi ilə birincilik bizə nəsib oldu. Ustadlarımızdan Seyyid Rəhmani, Əhməd Əbulqasimi, Məhəmməd Rza Şəhidipur kimi beynəlxalq Quran ustadlarımızın dərslərində iştirak edirəm. Onlar qiraətin Quranla tanışlıqda ilkin mərhələ olduğunu söyləyirlər və əsasən, Quranın mənasını bilib və mənaya uyğun tilavət etməyin  lazım olduğunu deyirlər. Qiraət sırf səsdən ibarət deyil. Vəqf-ibtida, Təcvid, Muğamlar, Səs hamısı bir yerdə gözəl şəkildə icra olunmalıdır”.

Orta Asiya və Qafqaz ölkələri arasında ölkəmizi təmsil edərək ikinci yer üzrə qalib olan həmyerlimiz isə 1983-ci il təvəllüdlü  Həsənzadə ilkin Azad oğludur. Dünyanın müxtəlif ölkərində dəfələrlə Quran müsabiqələrində iştirak edərək müxtəlif yerlər tutan İ.Həsənzadə İranın Məşhəd şəhərində keçirilən bu müsabiqədə ikinci yer qazanmaqla Azərbaycanın adını növbəti dəfə zirvələrə qaldırıb: “Dəfələrlə Quran müsabiqələrində iştirak edib müxtəlif yerlər üzrə qalib olmuşam. Dünya üzrə  keçirilən beynəlxalq Quran müsabiqələrində də qeydiyyatdan keçib iştirak etmişəm. Müxtəlif zamanlarda dördüncü və beşinci yerləri tutmuşam. Bütün bunlar hamısı uca Allahın bizlərə əta etdiyi nemətlərdir”.

Quran qarisi bildirib ki, İranda Orta Asiya və Qafqaz ölkələri arasında  keçirilən bu müsabiqədə münsiflər heyətində Azərbaycandan nümayəndə olmasa da, məhz azərbaycanlı qarilərin qalibiyyəti əldə etməsi azərbaycanlı müsəlmanların İslam dininə, Qurana olan sevgisinin göstəricisidir. Hacı İlkin bu müsabiqədə ikinci yer qazanmaqla həmdə növbəti müsabiqələrdə münsiflər heyətinə üzvilik vəziqəsi qazanıb:  “Allahın lütfi ilə növbəti müsabiqələrdə münsiflər heyətinə üzvilik vəsiqəsi qazandım. Artıq gələn ildən bu müsabiqələrdə münsiflər heyətinin üzvi kimi çıxış edəcəm. Təxminən, beş ay bundan əvvəl İranın Tehran şəhərində dünyanın 59 ölkəsi arasında keçirilən Quran müsabiqəsində təmsil etdiyim Azərbaycanımız 8-ci yerdə qərarlaşdı. Orta Asiya müsabiqəsində isə mən fərdi şəkildə iştirak etdim. Yəni, belə bir müsabiqənin olacağı xəbərini eşitdim. Müsabiqəyə qatılmaq üçün fərdi şəkildə iştirak ərizəmi göndərdim.  Onu da deyim ki, gələn il Orta Asiya və Qafqaz üzrə keçiliəcək müsabiqə Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacaq”.

Onu da qeyd edək ki, İ.Həsənzadə  Cəlilabad rayon  Camiəsində yeniyetmə və gənclərə  Qurandan dərslər keçir, boynuna düşən missiyasını yerinə yetirir. O, həmçinin Gürcüstanda keçirilən Quran müsabiqələrində münsiflər heyətinin üzvi kimi iştirak edib.

Orta Asiya və Qafqaz ölkələri arasında keçirilən Quran müsabiqəsində hafizlik üzrə beçinci yeri isə həmyrelimiz Anar Ağamirzəyev tutub: “Bu müsabiqədə əldə etdiyim qalibiyyət Allahın bizə göstərdiyi bir lütfüdür. Mən də dəfələrlə Quran müsabiqələrində iştirak etmişəm. Dünya üzrə Quran müsabiqəsində hafizlik üzrə onuncu yeri tutmuşam. Quranın hafizlik bölümündə yarışlar müxtəlif hissələrə bölünür. Məsələn, bir cüzlük, on cüzlük və s.  cüzlük üzrə yarışlar olur. Mən isə cüzlük deyil, bütün Quran surələri yarışmasında hafizlik üzrə iştirak etmişəm. İnşallah gələcəkdə dünya üzrə Quran müsabiqəsi keçiriləcək, ona hazırlaşıram”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 13:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status