Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2015
12:08
DİN-dən polis şöbəsində özünü öldürən şəxslə bağlı açıqlama

Daxili İşlər Nazirliyi dünən Tərtər Rayon Polis Şöbəsində vəfat edən şəxslə bağlı açıqlama verib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “FaktXəbər”ə açıqlamasında bildirib ki, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu bir müddət öncə narkotik vasitə ilə saxlanılıb: “Dünən Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində rahatlığı üçün ona verilən mələfə ilə dəmir barmaqlıqdan özünü asaraq intihar edib. Meyit məhkəmə tibbi ekspertiza və həkim ekspertizasından keçirilib. Nəticələr barədə mərhumun qohumlarına və ictimaiyyətə məlumat veriləcək.

Hadisədən sonra qohumları şöbənin qarşısına toplaşıb. Onlara hər şey izah olunandan sonra dağılışıblar. Hal-hazırda məsələ ilə bağlı rayon prokurorluğunda və rayon polis şöbəsində araşdırmalar aparılır. Araşdırmalara başa çatandan sonra daha geniş və ətraflı məlumat veriləcək.

Həmin şəxsə işgəncə verilməsi, döyülməsi haqda deyilənlər yalandır”. 

“Polis Şöbəsində quraşdırılan video-kameranın görüntülərindən araşdırmada istifadə oluna bilərmi?” sualına DİN rəsmisi belə cavab verib: “Daxili İşlər Nazirliyinin bütün qurumlarındakı saxlanma yerləri müasir standartalara uyğunlaşdırılıb. Rayon Polis şöbəsində quraşdırılan video-kameranın görüntülərindən  istifadə olunub-olunmayacağı haqda rayon prokurorluğunun araşdırmaları başa çatmamış bir söz deyə bilmərəm”. 

Xatırladaq ki, dünən virtualaz.org saytının yaydığı məlumatda qeyd olunurdu ki,  Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru