Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2015
22:14
Tərtərdə qarşıdurma: POLİS ŞÖBƏSİNƏ HÜCUM, POLİSLƏR YARALANIB

22.54 - "Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir". Bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib.

R. Məcidov rayonda "iğtişaş baş verməsi" barədə yazılanların həqiqəti əks etdirmədiyini deyib.   

***

22.34 - Virtualaz.org saytının verdiyi məlumata görə, Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. Polis şöbəsinin ətrafında təxminən 500 nəfərlik kütlə var.

Asayişi təmin etmək üçün Tərtərə qonşu Goranboy və Bərdə rayonlarından əlavə polis qüvvələri cəlb olunub. Rayonda gərginlik var.

Rayondakı müxbirimiz xəbər verir ki, yerli polis etirazçı kütlə ilə bacarmadığı üçün rayona xüsusi təyinatlılar yeridilir.

***

Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxsin intihar etməsi barədə xəbər vermişdik. 

Hadisədən dərhal sonra Səbuhi Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. 

Daha sonra polis S. Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 08:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru