Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2015
14:51
Polis olmaq istəyənlər nazirlə görüşəcək

Daxili işlər naziri Ramil Usubov polis orqanlarında işləmək istəyən şəxslərin qəbulunu keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ramil Usubov tərəfindən fevralın 28-də Şirvan şəhərində keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan şəxsləri qəbul edəcək.

Qəbulda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm); düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli, yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompüterdən istifadə etməyi bacaran şəxslər iştirak edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4397

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3022

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 10:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru