Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2015
11:22
2264
Qarabağda qoca, qadın və uşaqları belə döydülər - VİDEO

Bəzi erməni şərhçiləri Azərbaycanın işğal edilmiş Laçın rayonunda İrəvandan gələn yürüş iştirakçılarına işğal rejiminin minə yaxın silahlısının hücum etməsini Rusiya ilə bağlayırlar.

Erməni şərhçi İqor Muradyan Dağlıq Qarabağda Rusiya əleyhinə güclü etiraz əhval-ruhiyyəsinin olduğunu güman edir. “Qarabağda Rusiya əleyhinə aksiya keçirilməsi ehtimal vardı. Bu tamamilə mümkün idi və yerli hakimiyyəti çox narahat edirdi”, - deyə Muradyan işğal rejiminin İrəvandan gələn ermənilərə göstərdiyi zorakılığı şərh edərkən bildirib. 

Erməni mətbuatının Dağlıq Qarabağdakı işğal rejiminə münasibəti də dəyişib. Həmişə Laçını uydurma Berdzor adı ilə təqdim edən erməni saytları bu dəfə Laçın sözünü işlədiblər. Bununla da işğal rejiminə nəzarətində olan torpaqların Azərbaycana məxsus olduğunu xatırladıblar. 

Erməni dilli telekanalların yaydığı məlumata görə, İrəvandan Dağlıq Qarabağa yüşüş edən “Müəssislər parlamenti” təşəbbüsünün üzvləri Laçında hücuma məruz qalıb. İşğal rejiminin “polis”i, silahlı maskalı adamları onlara hücum edib. İşğal rejimi onları Azərbaycanın işğal edilmiş ərazilərinə buraxmayıb. Yol snayper nəzarətinə götürülüb və yürüş iştirakçıları geri qaytmayacaqları təqdirdə güllə-boran edilməklə hədələndirilib. Geri dönən yürüş iştirakçılarının avtomobillərinə hücum olub. Yürüşün təşkilaçısı, Ermənistanda Qarabağ müharibəsinin veteranı Jirayr Sefilyan da qarşıdurmada yaralanıb. 

"Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə yüzlərlə polis, həm də hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu maşınlarımıza daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır, telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər. Hətta 1 mart hadisələri də (2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyan rejiminin ermənilərə divan tutduğu gün - red) belə olmamışdı. Bu 1 martın daha amansız təkrarı idi" - deyə yürüş iştirakçılarından biri açıqlama verib. Bununla o, qarşıdurmada ”Noyev kovçeq” qəzetinin Moskva müxbiri Anuşavan Şahnazaryanın xəsarət aldığını da vurğulayıb. Jurnalist Gorus xəstəxanasına aparılıb, onun baş nahiyəsindən travma aldığı bildirilir. 

Hadisə zamanı 30-a yaxın yürüş iştirakçısı yaralanıb. Həmçinin Qarabağ müharibəsinin veteranı Pavlik Manukyan həbs edilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru