Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2015
19:46
Azərbaycanda 21 yaşlı mühafizə polisi özünü öldürdü

Bu gün Neftçalada intihar hadisəsi baş verib. DİN Neftçala rayon mühafizə bölməsinin 21 yaşlı mülki əməkdaşı Rzayev Səxavət Bakir oğlu özünü asıb. 

Intihar hadisəsi yanvarın 31-nə keçən gecə saat 03 radələrində Neftçala şəhərində baş verib. Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Səxavət Bakir oğlu Rzayevin həyətlərindəki tut ağacından asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhum bu gün Neftçalada dəfn olunub.

Səxavət Rzayev Neftçala rayon mühafizə bölməsinin mülki əməkdaşı olub. O, mülki mühafizədə cəmi 5-6 ay imiş ki, qulluq edirmiş.

Yaxınlarının dediyinə görə, S.Rzayevin nə işdə, nə də evdə hər hansı problemi olmayıb. 21 yaşlı gənc heç nədən şikayət etmirmiş, heç bir sıxıntısı yox imiş. Digər bir məlumata görə isə onun kiməsə borcu varmış.

İntihar faktı ilə bağlı sorğuya Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən ətraflı məlumat vermək istəməyiblər. Yalnız onu bildiriblər ki, bu faktla rayon prokurorluğu məşğul olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47214

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45445

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47035

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46625

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52196

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46317

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46746
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 01:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru