Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2015
12:57
Fransada müsəlmanları provokasiyaya çəkən daha bir addım - FOTO

Fransa/ FaktXəbər-in verdiyi məlumata görə, Fransada müsəlmanların dini hislərinə toxunulan daha bir addım atılıb. Belə ki, paytaxt Parisdə keçirilən sərgidə əlcəzair əsilli fransız Zuleyxa Bubdellanın «Sakitlik» adı altında üzərinə dikdaban ayaqqabı qoyulmuş bir neçə canamazı təqdim olunub (Müsəlmanlar canamazın üstündə ayaqqabı ilə durmurlar).

«İslam Təşkilatı İttifaqı»nın rəhbərliyi bu işi müsəlmanların təhqirinə doğru daha bir addım adlandırıb. Qurumun xəbərdarlığından sonra «sənət əsəri» artıq  sərgidən götürülüb.

Təəssüf ki, Qərb dünyasında müsəlmanların dini inanclarına toxunaraq onları provokasiyaya çəkməkdə davam edir. Danimarkalı jurnalistin İslam Peyğəmbərinin karikutarısını çəkməyi ilə başlayan bu addım, sonralar bir çox Avropa ölkələrində davam etdi.

Bu yaxınlarda artıq dərcinin dayandırılması düşünülən «Şarli Ebdo» jurnalının redaksiyasına da hücumlar oldu və bu İslam Peyğəmbərinin karikaturası ilə əlaqələndirildi.  Qeyd edək ki, şübhəli məqamlarla yadda qalan bu hücumdan sonra əziyyət çəkən yenə müsəlmanlar oldu.

  • 11 jurnalistin öldürülməsi “tamaşa” idi?

Fransada müsəlman şurası islamafobiyanın artdığını  və məlum hadisədən sonra müsəlmanlara, dini müəssisələrə, məscidlərə qarşı 100 dən çox hücumun həyata keçdiyini bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
386

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 07:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru