Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2015
15:07
1719
Bakıda `Ayıq sürücü xidməti`

"Azərbaycanda bu işlə 50-dən çox şirkət məşğul olur. Həmin şirkətlərin fəaliyyəti üçün hər hansı lisenziya tələb olunmur. Xidmət haqqı 10 manatdır. Məsafə uzandıqca, xidmət haqqı da artır".

Bunu açıqlamasında "Ayıq sürücü xidməti"nin əməkdaşı Seymur Musayev bildirib.

O qeyd edib ki, bu xidmət bir növ "taksi" kimidir: "Yəni sürücü səni istədiyin ünvana çatdırır. Fərq ondadır ki, idarə edilən avtomobil də sifarişçinin olur".

Xidmət əməkdaşı bildirib ki, sifarişlər mövsümdən və həftənin günlərindən asılı olaraq dəyişir: "Ən çox sifariş 5-ci, 6-cı günlər olur. Çünki növbəti gün qeyri-iş günü olduğundan əksəriyyət istirahətə, müxtəlif məclislərə gedir. Eyni zamanda Məhərrəmlik və Orucluq aylarında da sifarişlərin sayı azalır".

Seymur Musayev adi günlərdə 1-2, mövsümdə isə 4-5 nəfərin onlara müraciət etdiyini deyib. Sürücülərin seçiminə gəldikdə, bu xidmətdə çalışması üçün şəxsin sürücülük qabiliyyəti daha önəmlidir:  "Sürücülər özümüzünkülərdir, onları imtahan etmək, lisenziya vermək məsələsi yoxdur. Sadəcə, sürücülük qabiliyyəti yaxşı olanlara üstünlük verilir. Onlar əsasən 30-35 yaş arasındadırlar".Modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
115

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
142

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
90

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
97

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
165

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
107

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
139
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru