Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2015
09:33
Metroda nasazlıq: Stansiyanın qarşısına 2 təcili yardım maşını gəlib

FaktXəbər-in verdiyi məlumata görə, bu gün səhər 08.26 radələrində "Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb. Belə ki,  metronun “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb. Bir neçə qatarın "28 may" stansiyasından "İçərişəhər" stansiyasına getməsi platformada olan sərnişinlərin narazılığı ilə qarşılanıb. Yüzlərlə sərnişin platformada qalıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N. Paşayevin sözlərinə görə, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".

Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, Elmlər Akademiyası metro-stansiyasında yaşanan sıxlıq vətəndaşlardan bəzilərinə pis təsir edib. Facebook istifadəçilərdən biri yazdığına görə qatarın 10 dəqiqəlik tuneldə qalması sərnişlər arasında qarışıqlığa səbəb olub: "Elmlər Akademiyası metro-stansiyasının qarşısına 1 dəqiqədə 2 təcili yardım maşını gəldi. Sıxlığa görə, ürəyi gedənlər var".

N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.

Qeyd edək ki, son günlər belə hadisələrin baş verməsi təbii hala çevrilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
342
Şərhlər
Adalet Axundov tərəfindən 28-01-2015 05:57:01 tarixində yazıldı
rezalet
yerin melum ay Tagi muellim çoreyi ver çorekciye birinide artiq
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 19:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru