Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2015
20:16
Azərbaycanda 41 polis əməkdaşı xidmətdən azad edildi

2014-cü ildə vətəndaşla kobud rəftara görə Daxili İşlər Nazirliyinin (DİN) 133 əməkdaşı barədə müvafiq tədbir görülüb.

Bu barədə DİN naziri Ramil Usubov bu gün keçirilən genişləndirilmiş kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb.

Nəticədə, insan hüquqlarının pozulması hallarına yol verən əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 faiz azalıb, döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb.

İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb.

Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-ı barədə digər tənbeh növləri tətbiq edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru