Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2015
16:44
“Sevil”dən ev alanlar həbs edildi - İcra nümayəndəsi onları necə aldatdı?

“Sevil” Massivindən torpaq alan vətəndaşların pulları hələ də ödənilməyib. 

Dünən Abşeron rayon İcra Hakimiyyətində olan bir qrup zərərçəkən icra hakimiyyətinin Xırdalan nümayəndəliyi tərəfindən “sürpriz”lə qarşılaşır. İcra nümayəndəsi Fikrət Orucov adlı şəxs bir neçə dəfə olduğu kimi bu dəfə də, “Sevil”in müştərilərini yanına çağırıb pulu ödəyəcəyini desə də, son anda bundan imtina edib. Belə ki, dünən icra nümayəndəsi 6 nəfər zərərçəkmişi pulu ödəmək adı ilə çağırıb. Bu şəxslər gözləmə otağında olduğu vaxt o, polislə icra nümayəndəliyinə gəlib və otağa girən kimi hay-küy salmağa başlayıb. Sonra isə yanında gətirdiyi polisə həmin adamların onu döydüyünü deyərək şikayətçi olduğunu bildirib. Polis də həmin 6 nəfəri izahat almaq üçün bölməyə dəvət edib. Bölmədən də bu şəxsləri Abşeron Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə hər bir şəxsə 5 sutka həbs verilib. 

“Qafqazinfo”ya həbs olunanların yaxınları bildirib ki, sözügedən 6 nəfər hələ də Abşeron rayon Polis İdarəsində saxlanılır. 

Qeyd edək ki, həbs edilən şəxslərin qohumları İcra nümayəndəsini yaxınlarını şərlədiyi üçün məhkəməyə verəcəklərini bildiriblər. Eyni zamanda rəsmilərdən bu məsələ ilə ciddi məşğul olmağı xahiş ediblər. Bildirilib ki, əks halda bu barədə ölkə rəhbərliyinə müraciət ediləcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60698

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60308

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 13:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru