
Paytaxtın Sabunçu rayonunun hüquqmühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.
FaktXəbər-in məlumatına görə, yanvarın 26-dasaat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin «Daewo» markalı «10-TE-437» dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o,tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO