Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2015
15:37
Filippində terrorçularla 11 saatlıq qarşıdurma: 49 polis həlak olub - VİDEO

Filippin/ FaktXəbər-in verdiyi məlumata görə, Filippinin Maqindanao əyalətinin Tukanalipao kəndində MİAC terror təşkilatının  nümayəndələri ilə 11 saatlıq silahlı qarşıdurma nəticəsində azı 49 polis əməkdaşı həlak olub.

Qonşu Mamasapano şəhərinin meri  Tahiruddin Benzar Ampatuan bildirib ki, Filippin Silahlı Qüvvələri terrorda şübhəli bilinən şəxsləri həbs etmək üçün kəndə daxil olub, lakin silahlı müqavimətlə üzləşiblər.

Qeyd edək ki, bir neçə gün öncə  Mindanao adasının Zamboanqa  şəhərində terror aktı həyata keçirilmişdi. Hadisə nəticəsində 2 nəfər həlak olub, 52 nəfər isə yaralanıb.

Hüquqmühafizə xidmətinin verdiyi məlumata görə, şəhərin mərkəzində  ticarət mərkəzində maşına quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Hadisədə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, yerli hökumət bu işdə "Əl-Qaidə"nin regional bölməsini ittiham etmişdi. FaktXəbər olaraq həmin partlayışdan görüntüləri təqdim edirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru