Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2015
21:20
1851
Artıq Türkiyənin də “Qarabağ”ı var - FOTO

Türkiyədə yeni futbol klubu yaradılıb. İlk baxışdan bunda qeyri-adi nəysə olmasa da, məsələnin maraqlı tərəfi komandanın adının birbaşa Azərbaycanla bağlı olmasıdır.

Belə ki, İstanbulda yaradılan komanda “AZE Qarabağ” adlanır. Əslində, klubun yeni yaradıldığını demək olmaz. Belə ki, buna qədər “Çekmeköy çarşıspor” adlanan komanda bundan sonra “AZE Qarabağ” adlanacaq.

Klub rəsmilərinin sözlərinə görə, komandanın adının “AZE Qarabağ” olaraq dəyişdirilməsində məqsəd Qarabağın adını dünyaya tanıtmaq və dolayısıyla siyasi baxımdan Azərbaycana dəstək olmaqdır. 

Prezidenti Murad Şengün olan komandanın ilk olaraq həvəskarlar liqasında mübarizə aparması gözlənilir. Klub prezidentinin sözlərinə görə, klubun bütün yaş qrupları üzrə komandasının formalaşdırılması və müxtəlif yaş qrupları üzrə komandaların həvəskarlar liqasında mübarizə aparması planlaşdırılır. Bundan əlavə, “AZE Qarabağ”ın nəzdində futbol məktəbinin də fəaliyyət göstərəcəyini qeyd edən Şengün gələcəkdə azərbaycanlı uşaqların da həmin futbol məktəbinə dəvət olunmasında maraqlı olduqlarını açıqladı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru