Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2015
20:27
Şəmkirdə anasını öldürən gənc - “Ona 8 bıçaq zərbəsi endirdim” - VİDEO

Şəmkirdə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs 5 ay sonra Bakıda saxlanılıb. 

İbrahim Pənahlı Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin sahə müvəkkillərinin ərazidə pasport yoxlaması zamanı müəyyən edilib.

Kirayədə yaşayan gəncin hansı rayon sakini olduğunu gizlətməsi və şəxsiyyət vəsiqəsinin olmadığını bildirməsi əməliyyatçılarda şübhə doğurub. Sahə müvəkkili Eldəniz Hüseynov əməliyyat barədə məlumat verib: 

“Həmin şəxsin Şəmkir Rayon Polis Şöbəsi tərəfindən qəsdən adam öldürmə maddəsi ilə axtarışda olduğu müəyyən edilib”.      

İbrahim Pənahlı bildirib ki, sənədi olmadığı üçün onu heç yerdə işə götürməyiblər. Günəmuzd fəhləlik edib.

Qeyd edək ki, hadisə keçən ilin avqust ayında baş verib. Şəmkirə yaşayan  Laləzar Əliyevanın evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi müəyyən edilib. Hadisənin oğlu tərəfindən törədildiyi məlum olsa da İbrahim Pənahlı qaçıb gizləndiyindən axtarışa verilib. İbrahim Pənahlı hadisəni necə törətdiyini danışıb: 

“Heç nə. Evimizin qabağında oturub gözlədim. Sonra da 8 bıçaq zərbəsi vurdum”.

Saxlanılan şəxs ilkin ifadəsində  peşman olmadığını bildirib. Faktla bağlı toplanmış materiallar Şəmkir Rayon Prokurorluğuna göndərilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
230

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru