Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2015
22:10
Elektrik enerjisi hasil edən klaviatura istehsal edilib - Foto

ABŞ-da elektrik enerjisi hasil edən klaviatura təqdim edilib. ABŞ-ın Corciya Texnologiya İnstitutunda çalışan alimlərin Kaliforniya Universiteti və Çinin Elmlər Akademiyasındakı həmkarlarla birgə yaratdığı klaviatura elektrik enerjisi hasil edir, sahibinin kompüterini icazə olunmamış girişdən qoruyur, həmçinin çirki kənarlaşdırmaq imkanına malikdir.
 
"ICTnews" saytının məluamtına görə, qeyri-adi qurğuya həsr edilmiş məqalə "ACS Nano" jurnalında dərc edilib.
 
Bildirilir ki, klaviatura daxili ötürücülərin köməyilə öz daimi istifadəçisini təyin etmək imkanına malikdir. Belə ki, tədqiqatçılar hesab edirlər ki, hər bir istifadəçinin çap tərzi kifayət qədər unikaldır.
 
Təhlil nəticəsində toplanılmış məlumatlar qurğuya icazə olunmamış giriş edilməsinin qarşısını almağa imkan verir. Klaviaturadan cinayətkar istifadə etdikdə, onun sahibi xüsusi siqnalla bu haqda bildiriş alacaq. Nəticədə klaviaturanın sahibi olmadığı müddətdə yığılmış bütün mətni bərpa edəcək.
 
Qeyri-adi klaviatura, həmçinin düymələrin sıxılmasından yaranan mexaniki enerjini elektrik enerjisinə çevirməyə imkan verir. Məqaləyə əsasən, dəqiqədə 100 simvol çap sürəti ilə başqa cihazları enerji ilə doldurmaq olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru