Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2015
15:23
Gəlinini və özünü öldürən şəxsin oğlu polisə aparıldı - TƏFƏRRÜATLAR

Bu gün Şirvan şəhərində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar bəlli olub.

Virtualaz.org saytının Şirvan bürosunun hadisə yerində olan müxbiri xəbər verir ki, qətlə yetirilən Balakişiyeva Sevinc Məmməd qızının həyat yoldaşı Elmir Kişiyev hazırda polis idarəsindədir, onun ifadəsi alınır: “Elmir Kişiyevlə Sevinc Balakişiyeva internetdə tanış olublar. Elmirin 26, mərhum Sevinc Balakişiyevanın isə 40 yaşı olub. Bir müddət Bakıda yaşayan cütlük iki ay əvvəl rəsmi nikah bağlayıb. Lakin ailədə tez-tez mübahisə baş verdiyindən polisdə qeydiyyatda olublar. Elmirin ata-anası, yaxınları onun Sevinclə yaşamasına razı olmayıb. Buna görə də Sevinc bir neçə dəfə hüquq-mühafizə orqanlarına şikayət də edib”.

Xəbərə görə, ailə Şirvanda “Sərvət” MMC-nin inşa etdiyi binada kirayə ev tutub: “Mərhum Sevinc Balakişiyeva ali təhsillidir. Onun qayınatası Kişiyev Araz Babayar oğlu da ali təhsillidir və yanacaqdoldurma məntəqəsində çalışıb. Qonşular Araz Kişiyevin heç kimlə ədavətinin olmadığını deyirlər. Amma tez-tez içkili vəziyyədə olurmuş. Hadisədən bir gün əvvəl Elmirin yaxınları ilə Sevinc arasında dava olub. Səhər saatlarında isə gözətçilər qadının çığırtısını eşidiblər. Ev sahibi çağırılıb, mənzil açılanda isə hər iki şəxs ölmüş olub”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3871

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 07:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru