Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2015
10:21
Milli Məclis avtobus sürücülərinə görə qanunu dəyişir

Azərbaycanda şəhərdaxili və yaxud rayondaxili sərnişin avtobusları, firma və şirkət maşınları qayda pozuntusuna yol verdikdə onlar barəsində dərhal - yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görüləcək.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85. 2. 4-cü maddəsinə 13-cü bəndin əlavə edilməsi təklif olunur. Yeni bəndə görə, “ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20182

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18787

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20132

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19713

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25246

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19856
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 20:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru