Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2015
09:46
Zabrat qəbirstanlığı su altında qaldı - VİDEO

Paytaxtdakı qəbirstanlıqlardan biri çirkab sulara qərq olub.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbirstanlıq çirkab sularına təslim olub. 

Sözügedən məzarlıqda dəfn olunanların yaxınları deyir ki, ölünü unudub burdakı vəziyyətə ağı deyirik. Görünən dağa nə bələdçi. Vəziyyət isə göz qabağındaydı. Baş daşlarının bəziləri su altında qalıb, bəzilərini isə ümumuiyyətlə ziyarət etmək mümkünsüzləşib. Məzarlıqda dəfn olunanların qohumları dedi ki, hələ bu harasıdır. Bəzən elə olur ki, ümumiyyətlə məzarlığın qapısından içəri girmək mümksüzləşir. Bu suların hardan və necə gəldiyini xəbər aldıqda isə məlum oldu ki, burada kanalizasya şəbəkəsi mövcud deyil.

Müsahiblərimin sözlərinə görə, onlar özləri kustar üsulla burada üstü açıq kanalizasiya şəbəkəsi düzəldiblər. Amma bu xətt yaxınlıqdakı fermanın ərazisindən keçdiyindən, bu təsərrüfatın rəhbərliyi həmin xətti bağlayıb. Və bunun nəticəsində məzarlıq sulara qərq olub. Bütün bunlar müsahiblərimin sözləridir.

Şikayətçi Səmayə Məmmədova:

"Valideyimlərimin qəbrini ziyarət etmək üçün bura gəlsəm də içəri keçə bilmədim. Hesab edirəm ki, bu ölənlərin ruhuna təhqirdən başqa bir şey deyil”.

Şikayətçi Rəsul Cəfərov:

“Həmin ərazini bir nəfər şəxs alıb. Ancaq yolun kənarında ümumi kanalizasiya xətti var. Ümumi kanalizasiya xətti qoşulsa, o zaman belə bir vəziyyət yaranmaz”.

Az sonra əraziyə ferma sahibi Əli İbrahimov da gəlib çıxdı. Və bizə qapını açaraq ərazini göstərdi ki, o heç də kanalizasiya xəttinin qarşısını kəsməyib. Əksinə burada özü təmizlik işləri aparıb. Amma qarşıda yeni tikilən ev sahibləri bu kanalizasiya xəttinin çıxıntısını ləğv edib.

Probelmin qarşısnı almaq mümkündürmü sualına Sabunçu rayon, Zabrat qəsəbə nümayəndəliyindən öyrənmək istədik. Amma bu gün qeyri-iş gün olduğundan suallarımıza cavab verən tapılmadı. “Azərsu” Açıq Səhimdar Cəmiyyətindən isə mövcud problemlə bağlı bildirdildi ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya xətti olmayıb. 

Amma buna baxmayaraq qurum əməkdaşları sabahdan etibarən əraziyə baxış keçirəcək./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4723

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3207

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2571

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 13:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru