Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2015
14:15
Azərbaycanda daha bir polis döyüldü

Şəkidə polis əməkdaşı döyülüb. 

FaktXəbər-in məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvar ayının 19-u axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Famil İxtiyar oğlu Səmədov sağ qaş üstü nahiyəsinin cırılmış yarası, burunun və xayanın əziyi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, Famil Səmədov Şəki şəhəri ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Famil Səmədova ilkin tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, Famil Səmədov Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) polis nəfəri vəzifəsində çalışır.

Hadisə ilə bağlı Şəki ŞRPŞ-dən verilən məlumatda bildirilir ki, Famil Səmədov həqiqətən Şəki ŞRPŞ-də polis nəfəri vəzifəsində çalışır. Hazırda Şəki ŞRPŞ-nin axtarış-əməliyyat  qrupu Famil Səmədova hücum edən şəxslərin müəyyən edilərək tapılması və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmaq istiqamətində əməliyyat tədbiri həyata keçirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4680

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru