Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2015
21:40
`Sovetski`də oğurluq halları artıb - REPORTAJ
Sökülən evlərdə isə narkomanlar məskən salıblar

Özündə böyük tarixi daşıyan məhəllədə artıq dayandırılmış söküntü işlərinin nə vaxt bərpa ediləcəyi isə hələlik məlum deyil.

Bakının məşhur "Sovetski" məhəlləsində 2014-cü ilin əvvəlindən başlamış söküntü işləri artıq dayandırılıb.

Bu barədə musavat.com-a məlumat daxil olduqdan dərhal sonra "Sovetski"dəki mövcud vəziyyəti yerində araşdırmaq üçün həmin əraziyə yollandıq.

“Sovetski”yə çatdıqda gözlərimiz önündə dağılmış və insanların olmadığı evlərdən ibarət cansıxıcı bir mənzərə canlandı. Ona görə də, aparacağımız araşdırma üçün canlı obyekt tapmaq o qədər də asan olmadı.

Xarabalığa çevrilmiş ərazini bir qədər gəzdikdən sonra nəhayət ki, istəyimizə nail ola bildik. Belə ki, xeyli “gəzinti”dən sonra qarşımıza çıxan "Sovetski" sakini Aida Şahverdiyeva bu məhəllədəki vəziyyətlə bağlı bizimlə söhbətə razılaşdı.

“Sovetski”də oğurluq halları artıb, sökülən evlərdə isə narkomanlar məskən salıblar”
Aida xanım bildirdi ki, artıq bir neçə gündür, “Sovetski” ərazisində söküntü işləri dayandırılıb: "Demək olar, artıq 5-6 gündür ki, söküntü işləri tamamilə dayandırılıb. Halbuki buna qədər söküntü işləri çox sürətlə aparılırdı. Lakin indi söküntü işlərinə çox az-az rast gəlinir. Bizə evimizin əvəzinə çox az pul verildiyi  üçün təklif olunan məbləğlə razılaşmayıb, evdən çıxmırıq.  Nəticədə palçığın içində - bu cür çətin vəziyyətdə yaşamalı oluruq. Hazırda 17 kvadratmetrlik sahədə 11 nəfər yaşayırıq. Mən bu qədər adamla haraya gedim? Evin hər kvadratmetrinə görə verilən 1500 manat bizə qətiyyən sərf etmir. Çünki bu pulla Bakının heç bir yerində ev almaq mümkün deyil. Hazırda yaşadığım ev mənim şəxsi mülkiyyətim deyil, dövlətindir. Ona görə də məcburuq ki, oturaq gözləyək. Bu zamana qədərsə, belə vəziyyətdə yaşamağa məcburuq. Əlbəttə, əgər, buna yaşamaq demək olarsa..."

Aidə Şahverdiyeva daha sonra bildirdi ki, son vaxtlar ərazidə oğurluq halları baş alıb, gedir: "İki dəfə yoldaşımın avtomobilindən oğurluq ediblər. Məcbur olub, maşını dayanacağa aparmışıq. Dünən isə məhəllədə yaşayan qonşu qızın çantasını zorla əlindən alıb, qaçıblar. Ərazidə demək olar ki, heç bir işıqlandırma sistemi yoxdur. Sökülən evlərdə isə narkomanlar məskən salıblar".

Aidə Şahverdiyeva ilə söhbətimizi sona çatdırıb, növbəti müsahib tapmaq ümidilə yolumuza davam etdik. Qarşımıza çıxan növbəti "Sovetski" sakini Simuzər Hüseynova da söküntü işlərinin dayandırılması ilə bağlı məlumatları təsdiqlədi: "Artıq bir neçə gündür ki, burada heç bir iş görülmür. Bizə bildiriblər ki, söküntü işləri bu il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarından sonra davam etdiriləcək. Bizə isə hələlik evdən çıxmağımızla bağlı heç kim təzyiq göstərmir. Söküntü işlərinin aparılmasına başlanılandan indiyə qədər bir-iki dəfə Yasamal rayon İcra Hakimiyyətindən nümayəndələr gəliblər. Ondan sonra heç kim bizimlə maraqlanmayıb".

“Atamın, əmilərimin nəfəsi olan evimi göz görə-görə uçururlar”
Daha bir "Sovetski" sakini Ruslan Babayevin evində söküntü işlərinin davam etdiyini görüb, həmin istiqamətə üz tutduq.

Evi sökülməkdə olan sakin bildirdi ki, o, artıq dövlətdən evinin sahəsinə görə hesablanmış məbləği alıb: "Evimin sahəsi 50 kvadratmetrdir. Lakin bizim evin əlavə sahələri də olduğuna görə dövlət bunu da hesablayaraq, mənə 88 min manat pul verib. Özünüz də yaxşı bilirsiniz ki, bu pulla şəhərin mərkəzində ev almaq mümkün deyil. Mənim atam və əmilərimin hər biri bu evdə yaşayıblar. Onlar elə bu evdə də vəfat ediblər. Mənim özümün toyum da burada olub. Qardaşımın da evi burada idi, onu da artıq yerləbir ediblər. Ən gözəl günlərimiz bu evdə yaşanıb. İndi heç nə olmamış kimi, göz görə-görə xatirələrlə dolu olan, atamın, əmilərimin nəfəsi olan evimi uçururlar. Ən çox da bu təsir edir, insana..."



Hazırda ailə üzvlərinin harada məskunlaşması ilə bağlı sualımıza cavab verən Ruslan Babayev bildirdi ki, dövlətin ona verdiyi 88 min manat pulla o, artıq Masazırda özünə ev alıb.

Bütün gördüyümüz bu mənzərələr keçmiş “Sovetski” sakinləri üçün müəyyən problemlərin hələ də qaldığını biruzə verir. Dövlətin bu problemləri nə vaxt tam şəkildə yoluna qoyacağını dəqiq bilməsək də, öz tərəfimizdən bu mövzunu davam etdirəcəyimizi vəd edirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
372

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 19:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru