Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2015
20:17
Ermənistanın Gümrü şəhərinə xüsusi polis qüvvələri yeridildi

Bu saatlarda Ermənistanın Gümrü şəhərinə polisin böyük sayda xüsusi qüvvələri yeridilib.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu anlarda onlar avtobuslardan öz silah-sursatlarını boşaldırlar.

Belə bir addımın motivi haqda məlumat verilmir. O da bildirilir ki, şəhərdəki polis heyəti rəhbərinin müavini Levon Eranosyan Rusiya hərbi qüvvələrinin komandiri ilə birgə təzəlikcə harasa çıxıb gedib. Böyük ehtimalla, onlar hərbi bazaya yollanıblar.

Şahidlərin sözlərinə görə, Gümrünün mərkəzində müəyyən mənada fövqəladə situasiya hökm sürür. Hər yerdə polis maşınlarıdır. İstisna deyil ki, hakimiyyət və hərbi baza rəhbərliyi güllənən ailənin 7-ci üzvü - 6 aylıq yaralı körpənin ölümü ilə bağlı əhalini daha güclü etirazlara qalxa biləcəyindən ehtiyat edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3904

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2252

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru