Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2015
15:41
Bakıda 15 dəfə radara düşmüş polis saxlanıldı – FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı polis əməkdaşının idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb. 

Avtosfer.az-ın verdiyi məlumata görə, reyd zamanı saxlanılan “KİA” markalı, 90 NK 610 dövlət nömrə nişanlı avtomobilin 15-ə yaxın MMX radarının, bir o qədər də elektron protokol və ödənilməmiş cəriməsinin olduğu üzə çıxıb. 

Buna görə də, avtomobilin saxlanılıb duracağa qoyulması barədə qərar çıxarılıb. Reyd zamanı aşkar olunan həmin avtomobil yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Avtomobili idarə edən şəxs özünü 11-ci polis bölməsinin əməkdaşı kimi təqdim edərək əvvəlcə sənədləri verməkdən imtina etsə də, DYP əməkdaşı ona sistemdə olan cərimələr barədə məlumat verəndən sonra maşının cərimə meydançasına aparılmasına razılıq verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru