Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2015
09:47
“Qanlı yanvar” bədii filmi təqdim olunacaq - FOTO

Yanvarın 19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filminin təqdimatı olacaq.

Tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.

Filmin çəkilişində beynəlmiləl kollektiv iştirak edir. Belə ki, 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edir. Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Bədii filmdə Bakının 1990-cı ildə yanvarın 19-dan 20-ə və 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru