Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2015
18:36
Bakıda yol polisini sürüyən şəxs: Şeytan yoldan çıxarıb - VİDEO

Ötən gün Bakının Nəsimi rayonunda polisi vurub qaçan sürücü yaxalanıb. Rəşid Behbudov küçəsində yol polisinə tabe olmayan, polisi avtomobili ilə vurub bir neçə metr sürüyən sürücünün Ağsu sakini, 25 yaşlı Cavid Həsənov olması müəyyənləşib. 

Hadisəni idarə etdiyi i 90 VT 023 dövlət nömrə nişanlı “Lada Priora” markalı maşınla törədən sürücü qorxduğunu deyib: 

“Rəşid Behbudov küçəsinə çıxdım. Bu zaman yol polisi məni saxladı. Bundan əvvəl, başqa bir polis əməkdaşı “saxla” demişdi, saxlamamışdım. Sənəd istəyəndə, zəng etmək üçün telefonu götürdüm, dedi “qapını aç” açmadım. Bir az bankla bağlı problemim vardı deyə qorxdum. Bundan sonra polis maşına yumruq atdı. Mən də maşını sürüb qaçdım. Məqsədim qaçmaq idi, onu vurmaq yox”.

Polis əməkdaşı maşının kapotunda sürükləndikdən sonra yerə düşüb. Cavid Həsənov isə ona yardım etmək əvəzinə, ərazidən sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, qeyd edilən ərazidə yaradılan süni sıxlıq zamanı həmin sürücüyə məcburi “dayan” əmri verilib:

“Lakin sürücü buna məhəl qoymadan polis əməkdaşını maşının ön hissəsinin üzərində bir neçə metr apardıqdan sonra yerə atıb. Həmin yol polisi əməkdaşı kəllə-beyin travması və sümüyünün sınması diaqnozu ilə tibbi müalicə alır”.

Cavid Həsənov isə hadisəni törədən vaxt spirtli içki qəbul etmədiyini deyir:

“Çox peşmanam. Cavanam yəqin ki, şeytan yoldan çıxarıb”.

Faktla bağlı araşdırma aparılır.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3967

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru