Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2015
21:53
Polisi sürüyüb üstündən keçən sürücünü 7 il həbs gözləyir – VİDEO
Hadisə baş verərkən 25 yaşlı sürücünün nişanlısı və qayınanası da maşında olub

Bakıda yol polisini maşınla vuran şəxs artıq saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90-VT-023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qadın, ikisi isə kişi olub. Sürücü barəsində artıq Nəsimi rayon Prokuorluğunda cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Sürücü Həsənov Cavid Fuad oğlu 1990-cı ildə Ağsu şəhərində anadan olub. Ağsu-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş. Özünün dediyinə görə, hadisə baş verən zamanı maşında olanlar arasında nişanlısı, qayınanası və qayını da olub». 

Vaqif Əsədov bildirib ki, sürücü Cavid Həsənov yol hərəkəti qaydalarını dəfələrlə pozduğu üçün «saxla» əmri verilib. Lakin o, əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Sürücünün tabe olmadığını görən Yol-Putrul Xidməti əməkdaşları süni sıxlıq yaradaraq onu saxlamağa çalışıblar. Lakin videodan da göründüyü kimi, sürücü maşını saxlamır və yol polisini vuraraq kapotun üstündə sürüyüb. Sonra isə yerə yıxılmış yol polisi əməkdaşının üstündən keçib. Nəticədə bud sümüyünün sınığı və kəllə-beyin travması alan polis əməkdaşı hospitala yerləşdirilib.

Qeyd edək ki, 25 yaşlı Cavid Həsənovun 2 bacısı, 3 qardaşı var. Atası dünyasını dəyişib, uzun illərdir anasının himayəsində yaşayır. Görəsən, taksi sürməklə ailənin dolanışığına çalışan, nişanlanıb ailə qurmağa hazırlaşan Cavidi yol polisinin üstünə maşın sürməyə nə vadar edib? Normal insan belə edərmi?


Avtosfer
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4324

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2406

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2020
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 16:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru