Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2015
21:49
Nazir Samir Şərifov sığorta şirkətlərinə xəbərdarlıq etdi

Bu gün Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, kollegiya iclasında həmçinin, “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nın geniş müzakirəsi aparılıb.

Sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin lazımi səviyyədə qorunmaması ilə bağlı nazir Samir Şərifov bildirib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq göstərilən sahədə problemlər hələ də mövcuddur. Sığorta şirkətləri tərəfindən sığorta olunanların öz hüquqlarını və öhdəliklərini yetərincə bilmələri üçün az həcmdə iş görülür.

Sözügedən Tədbirlər Planına uyğun olaraq ölkədə sığorta işinin daha da inkişaf etdirilməsi, sığortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həyat və qeyri-həyat sığortası sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta növlərinin tətbiqi ilə bağlı konkret tapşırıqlar verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60668

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58411

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60116

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59753

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65349

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59552

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59738
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2021 16:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru