Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2015
21:00
Sumqayıtda şagirdin döyülməsi ilə bağlı aparılan araşdırmanın NƏTİCƏSİ

Sumqayıt şəhər Təhsil Şöbəsi 37 saylı orta məktəbin VI sinif şagirdi Pünhan Tanrıverdiyevin müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin Məstanov tərəfindən döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, Təhsil Şöbəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, şagird P.Tanrıverdiyevin döyülməsi faktı ilə bağlı məktəbdə araşdırma aparılıb.

Araşdırmada P.Tanrıverdiyevin valideyni Sitarə Tanriverdiyeva, məktəbin direktoru Elşad Eyvazov, 6b-nin sinif rəhbəri G.Quliyeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Baba Babayev və məktəbin psixoloqu Zeynəb Akimova iştirak ediblər. Araşdırma zamanı şagird sinif rəhbərinin onu döymədiyini etiraf edib. Valideyn də söhbət zamanı qeyd edib ki, internet saytına məlumat verərkən övladının sinif rəhbəri tərəfindən döyüldüyünü deyil, sinif yoldaşı Eminlə dalaşdığı və Eminin Pünhanı vurduğunu deyib. Valideyn izahat yazmaqdan imtina edib.

Həmçinin məlum olub ki, E.Məstanovla P.Tanrıverdiyev eyni ərazidə yaşayırlar, bir neçə gün əvvəl uşaqlar həyətdə futbol oynayarkən aralarında mübahisə yaranıb. Yanvarın 9-da tənəffüs zamanı həmin şagirdlər arasında məktəbdə yenidən mübahisə düşüb və onlar bir-birini itələyiblər. Bu zaman P.Tanriverdiyevin başı sinif otağının divarına dəyib. Həmin vaxt otaqda heç bir müəllim olmayıb. P.Tanrıverdiyev sinif rəhbərinə bu barədə heç bir məlumat verməyib, növbəti günlərdə isə dərslərdə iştirak edib. Sinif rəhbəri G.Quliyeva isə bu barədə yanvarın 14-də məktəbdə araşdırma aparılan zaman xəbər tutub.

Bütün bunlara baxmayaraq, şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi işini zəif təşkil etdiyinə, əlverişli təlim-tərbiyə mühiti yaratmadığına görə G.Quliyeva və məktəbin tərbiyə işləri üzrə direktor müavini B. Babayevə məktəbdaxili töhmət elan edilib, məktəbin psixoloqu Z. Akimovaya isə xəbərdarlıq olunub.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Sumqayıtda yerləşən 37 saylı orta məktəbin VI sinif şagirdi P.Tanrıverdiyevin müəlliməsi və sinif yoldaşı tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunub ki, başından çoxsaylı zərbələr alan məktəblinin səhhəti ağırdır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
217

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
218

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 17:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru